Azərbaycanda manatla pul bazası yanvarda 6%-dək azalıb

Azərbaycanda manatla pul bazası yanvarda 6%-dək azalıb
# 02 fevral 2021 11:05 (UTC +04:00)

Bu ilin fevralın 1-nə Azərbaycanda manatla pul bazası 12 782 mln. manat təşkil edib.

"APA-Economics"in Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən verdiyi məlumata görə, ötən ay ərzində ölkədə manatla pul bazası 5,8% azalıb. İllik müqayisədə isə bu göstərici 10,7% artıb.

Qeyd edək ki, pul bazasının tərkibinə dövriyyədə olan nağd pul və bank ehtiyatları (kommersiya banklarının sərbəst bank və məcburi ehtiyatları) daxildir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR