Azərbaycanda nəqliyyat və rabitə sektorunun kreditləşməsi 29%-dək azalıb

Azərbaycanda nəqliyyat və rabitə sektorunun kreditləşməsi 29%-dək azalıb
# 06 oktyabr 2020 15:00 (UTC +04:00)

Bu ilin sentyabrın 1-nə Azərbaycanda nəqliyyat və rabitə sektoruna kredit qoyuluşunun həcmi ötən ilin eyni ayı ilə müqayisədə 367,2 mln. manat və ya 28,9% azalaraq 901,8 mln. manat təşkil edib.

Azərbaycan Mərkəzi Bankından "APA-Economics"ə verilən məlumata görə, nəqliyyat və rabitə sektoruna kredit qoyuluşu aylıq müqayisədə 16 mln. manat və ya 1,7% azalıb. İlin əvvəlindən isə bu göstərici 302,5 mln. manat və ya 25,1% azalıb.

Sözügedən sektorun kreditləşməsinin real sektora kredit qoyuluşunda xüsusi çəkisi isə 6,1% təşkil edib ki, bu da ötən ay ilə müqayisədə 0,2 faiz bəndi, ilin əvvəli ilə 1,8 faiz bəndi, 2019-cu ilin eyni ayı ilə müqayisədə isə 3,1 faiz bəndi azdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR