Azərbaycanda oktyabrda dövlət zəmanəti ilə 59 mln. manatadək biznes kreditləri verilib

Azərbaycanda oktyabrda dövlət zəmanəti ilə 59 mln. manatadək biznes kreditləri verilib
  • Clock-gray 17:00
  • calendar-gray 02 Noyabr 2020

İpoteka və Kredit Zəmanət Fondu (İKZF) pandemiyanın iqtisadi fəallığa təsirinin minimuma endirilməsi məqsədilə sahibkarlığın dəstəklənməsi işini elektron sistem üzərindən sürətli mexanizm vasitəsilə reallaşdırır.

İKZF-dən "APA-Economics"ə verilən məlumata görə, zəmanət və faiz subsidiyalarının verilməsi mexanizmi çərçivəsində Fondun xətti ilə sahibkarlara verilən kreditlərin həcmi sürətlə artır. Belə ki, oktyabr ayında Fondun zəmanəti ilə sahibkarlar 58,6 mln. manatdan çox kreditlər əldə edib. Bununla da bu günədək zəmanət və faiz subsidiyasının tətbiqi ilə sahibkarlara verilən kreditlərin məbləği 180 mln. manatı ötüb.

Zəmanət verilmiş kreditlərin orta müddəti 31 ay, verilmiş subsidiyalar hesabına borcalanlar tərəfindən ödəniləcək kreditlər üzrə faiz dərəcəsi isə 6,5% təşkil edir. Bu kreditlər vasitəsilə biznes layihələrinin maliyyələşməsi hesabına 2 700-dən çox yeni iş yerinin açılması təmin ediləcək. Fondun zəmanəti hesabına bir borcalana verilən kreditlərin məbləği 40 min manatdan 5 mln. manatadək təşkil edib.

Qeyd edək ki, dövlət tərəfindən nəinki pandemiya, postpandemiya dövründə də sahibkarlığın dəstəklənməsi, əlverişli biznes mühitinin yaradılması istiqamətində tədbirlər davam etdiriləcək. Nəticədə bu, ölkəmizdə iqtisadiyyatın qeyri-neft sektorunun dəstəklənməsi, bu sahədə yeni iş yerlərinin yaradılmasına təkan verməklə bütövlükdə sektorun inkişafı ilə bağlı qarşıya qoyulmuş vəzifələrin icrasının uğurla həyata keçirilməsinə şərait yaradacaq.

APA-Economics

Digər xəbərlər