Azərbaycanda ötən il həyatını könüllu sığortalayanların sayı artıb - CƏDVƏL

Azərbaycanda ötən il həyatını könüllu sığortalayanların sayı artıb - CƏDVƏL
# 18 fevral 2021 13:47 (UTC +04:00)

2020-ci il ərzində Azərbaycanda könüllü həyat sığortası üzrə yığımlar 249,794 mln. manat, ödənişlər isə 280,441 mln. manat təşkil edib.

"APA-Economics"in Azərbaycan Mərkəzi Bankının dərc etdiyi göstəricilər əsasında apardığı hesablamalarına görə, bu göstəricilər 2019-cu il ilə müqayisədə müvafiq olaraq 13,9% və 2,3 dəfə artıb. Könüllü həyat sığortası ümumi bazarın yığımlar üzrə 82%-ni, ödənişlər üzrə isə 99%-ni təşkil edib.

Könüllü həyat sığortasının növləri üzrə 2020-ci ilin göstəriciləri:

Növ

Yığımlar, mln. manat

Ödənişlər, mln. manat

İllik dinamika

Yığımlar

Ödənişlər

Həyatın yaşam sığortası

205,342

275,662

24%

2,3 dəfə

Həyatın ölüm halından sığortası

43,130

4,780

-11%

3,8 dəfə

Əmək qabiliyyətinin sığortası

8,435

0

-81%

-

Sağalmaz xəstəliklərdən sığorta

4,789

0

37%

-

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR