Azərbaycanda pərakəndə ticarət dövriyyəsi azalıb

Azərbaycanda pərakəndə ticarət dövriyyəsi azalıb
# 10 iyun 2020 15:20 (UTC +04:00)

2020-ci ilin yanvar-may aylarında pərakəndə ticarət dövriyyəsinin həcmi 14 567,2 mln. manat təşkil edib.

APA-Economics” bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

2019-cu ilin müvafiq dövrü ilə müqayisədə cari ilin yanvar-may aylarında əmtəə dövriyyəsində 1,7% azalma müşahidə olunub.

Həmçinin, bu ilin ilk beş ayı ərzində əhaliyə 2 858,8 mln. manatlıq ödənişli xidmət göstərilib ki, bu da illik müqayisədə 14,9% azdır.

Qeyd edək ki, koronavirus infeksiyasının yayılmasının qarşısını almaq məqsədilə ticarət sektorunda da xüsusi iş rejiminin tətbiqi bu sahədə, xüsusilə qeyri-ərzaq mallarının satışı sahəsində işgüzar fəallığı zəiflədib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR