Azərbaycanda ticarət və xidmət sektorunun kreditləşməsi 5%-dən çox artıb

Azərbaycanda ticarət və xidmət sektorunun kreditləşməsi 5%-dən çox artıb
# 30 iyun 2020 17:17 (UTC +04:00)

Bu ilin iyun ayının 1-nə Azərbaycanda ticarət və xidmət sektoruna kredit qoyuluşunun həcmi ötən ilin eyni ayı ilə müqayisədə 126,6 mln. manat və ya 5,5% artaraq 2 413,6 mln. manata çatıb.

Azərbaycan Mərkəzi Bankından "APA-Economics"ə verilən məlumata görə, ticarət və xidmət sektoruna kredit qoyuluşu aylıq müqayisədə isə 41,2 mln. manat və ya 1,7% azalıb.

Sözügedən sektorunun kreditləşməsinin real sektora kredit qoyuluşunda xüsusi çəkisi isə 16,3% təşkil edib ki, bu da aylıq müqayisədə 0,1 faiz bəndi, illik müqayisədə isə 1% faiz bəndi azdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR