Azərbaycandakı banklar bugünkü valyuta hərracında 42 mln. dollar cəlb edib

Azərbaycandakı banklar bugünkü valyuta hərracında 42 mln. dollar cəlb edib
  • Clock-gray 12:29
  • calendar-gray 09 Mart 2021

Bu gün Azərbaycan Mərkəzi Bankında (AMB) Dövlət Neft Fondunun iştirakı ilə növbəti valyuta hərracı keçirilib.

"APA-Economics"in AMB-yə istinadən verdiyi xəbərə görə, hərracda tələb 41,9 mln. ABŞ dolları təşkil edib və tam təmin edilib. Beləliklə, sonuncu valyuta hərracında tələb əvvəlki hərracla (4 mart 2021-ci il tarixində keçirilib – red.) müqayisədə 5% və ya 2,2 mln. dollar azalıb.

Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşıb.

APA-Economics

Digər xəbərlər