Bu gün Azərbaycan Mərkəzi Bankında (AMB) Dövlət Neft Fondunun iştirakı ilə növbəti valyuta hərracı keçirilib.
"APA-Economics"in AMB-yə istinadən verdiyi xəbərə görə, hərracda tələb 67 mln. ABŞ dolları təşkil edib və tam təmin edilib. Beləliklə, sonuncu valyuta hərracında tələb əvvəlki hərracla (8 dekabr 2020-ci il tarixində keçirilib – red.) müqayisədə 1,5% və ya 1 mln. dollar artıb.
Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşıb.