Azərbaycandakı bankların iqtisadiyyata tələbi ÜDM-in 23,4%-ni təşkil edib

Azərbaycandakı bankların iqtisadiyyata tələbi ÜDM-in 23,4%-ni təşkil edib
# 25 dekabr 2020 13:47 (UTC +04:00)

Bu ilin dekabrın 1-nə Azərbaycandakı kommersiya banklarının iqtisadiyyata tələbi 15 140,6 mln. manat və ya ÜDM-in 23,4%-ni (ötən ay 26,2%) təşkil edib ki, bu da həcm ifadəsində aylıq müqayisədə 1,1% azdır.

"APA-Economics"in AMB-ə istinadən verdiyi məlumata görə, bu göstərici ilin əvvəli ilə müqayisədə 1,8%, ötən ilin eyni dövrü ilə müqayisədə isə 0,7% artıb.

Qeyd edək ki, "S&P Global Ratings" agentliyinin son proqnozuna əsasən bu il Azərbaycanda kommersiya banklarının iqtisadiyyata tələbinin ÜDM-ə nisbətinin 21,6%-ni təşkil edəcəyini, lakin növbəti 3 ildə ÜDM-də payı tədricən azalaraq, müvafiq olaraq 20,3%, 20,1% və 19,6%-ə bərabər olacağını gözləyir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR