Azərbaycandakı kommersiya banklarının xarici öhdəlikləri 16% azalıb

Azərbaycandakı kommersiya banklarının xarici öhdəlikləri 16% azalıb
# 28 fevral 2020 14:19 (UTC +04:00)

Bu il fevralın 1-nə Azərbaycanda fəaliyyət göstərən kommersiya banklarının xarici öhdəliklərinin ümumi həcmi 1 604,1 mln. manat təşkil edib.

"APA-Economics"in Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən verdiyi məlumata görə, bu, yanvarın 1-nə olan göstərici ilə müqayisədə 41,5 mln. manat və ya 2,5% azdır. Ötən ilin eyni dövrü ilə müqayisədə isə kommersiya banklarının xarici öhdəlikləri 309 mln. manat və ya 16,2% azalıb.

Qeyd edək ki, kommersiya banklarının xarici öhdəliklərinin rekord həddi 2017-ci il fevralın 1-də qeydə alınıb və 8 071,7 mln. manata bərabər olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR