Azərbaycandan Gürcüstana pul köçürmələri 35% artıb

Azərbaycandan Gürcüstana pul köçürmələri 35% artıb
# 15 aprel 2020 10:46 (UTC +04:00)

Bu ilin I rübündə Azərbaycandan Gürcüstana 6,2 mln. ABŞ dolları həcmində pul köçürmələri həyata keçirilib ki, bu da illik ifadədə 34,7% çoxdur.

APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan Milli Bankının hesabatında məlumat verilib.

Qeyd olunub ki, ötən ilin ilk üç ayında Azərbaycandan Gürcüstana pul köçürmələri 4,6 mln. dollar olub.

Hesabat dövründə Gürcüstandan Azərbaycana köçürmələr isə 3,6 mln. dollar təşkil edib ki, bu da 2019-cu ilin I rübü ilə müqayisədə 44% çoxdur. Belə ki, ötən ilin yanvar-mart ayları ərzində Gürcüstandan Azərbaycana 2,5 mln. dollar dəyərində pul köçürülüb.

Təkcə cari ilin mart ayında isə Azərbaycandan Gürcüstana 2,38 mln. dollar məbləğində pulköçürmə həyata keçirilib. Bu, ötə ilin eyni ayı ilə müqayisədə 45,4% çoxdur və hesabat dövründə Gürcüstana edilən ümumi pul köçürmələrinin 1,89%-nə bərabərdir.

Mart ayında Gürcüstandan Azərbaycana pulköçürmələr 1,1 mln. dollar təşkil edib.

Cari ilin mart ayında Gürcüstana edilən pul köçürmələrinin ümumi həcmi 125,9 mln. dollar təşkil edib ki, bu da illik ifadədə 9% və ya 12,5 mln. dollar azdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR