Azərbaycanın MDB ölkələri ilə ticarət dövriyyəsində müsbət saldo yaranıb

Azərbaycanın MDB ölkələri ilə ticarət dövriyyəsində müsbət saldo yaranıb
# 22 fevral 2021 11:17 (UTC +04:00)

Bu ilin yanvar ayı ərzində Azərbaycanın MDB ölkələri ilə apardığı ticarət dövriyyəsinin həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 1% azalaraq 325,354 mln. ABŞ dolları təşkil edib.

"APA-Economics"in Dövlət Gömrük Komitəsinin dərc etdiyi hesabatı əsasında apardığı hesablamalarına görə, bu müddətdə ixracın həcmi ötən ilin analoji dövrü ilə müqayisədə 25,437 mln. dollar və ya 18,3% artaraq 164,215 mln dollar, idxal isə 28,807 mln. dollar və ya 15,2% azalaraq 161,139 mln. dollar təşkil edib.

Nəticədə, hesabat ayında 3,076 mln. dollarlıq müsbət ticarət saldosu yaranıb. Qeyd edək ki, 2019-cu ilin yanvar ayında ticarət saldosu mənfi olub və 51,168 mln. dollara bərabər idi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR