Azərbaycanın Rusiya ilə mənfi ticarət saldosu 20%-dək azalıb

Azərbaycanın Rusiya ilə mənfi ticarət saldosu 20%-dək azalıb
# 18 yanvar 2021 10:18 (UTC +04:00)

2020-ci ildə Azərbaycanla Rusiya arasında ticarət dövriyyəsinin həcmi 2,672 mlrd. ABŞ dolları təşkil edib ki, bu da 2019-cu ilə müqayisədə 350,5 mln. dollar və ya 11,6% azdır.

"APA-Economics"in Dövlət Gömrük Komitəsinin dərc etdiyi göstəricilər əsasında apardığı hesablamalarına görə, hesabat dövründə ixracın həcmi 22,436 mln. dollar və ya 3,1% azalaraq 709,390 mln. dollar, idxalın həcmi isə 328,064 mln. dollar və ya 14,3% azalaraq 1,962 mlrd. dollar təşkil edib.

Nəticədə, 2020-ci ildə 1,253 mlrd. dollarlıq mənfi ticarət saldosu yaranıb ki, bu göstərici 2019-cu il ilə müqayisədə 305,628 mln. dollar və ya 19,6% azalıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR