Azərbaycanın ÜDM-i gələn il 3,4% artacaq

Azərbaycanın ÜDM-i gələn il 3,4% artacaq
# 21 dekabr 2020 14:16 (UTC +04:00)

Gələn il Azərbaycan iqtisadiyyatının 3,4% artacağı gözlənilir.

APA-nın məlumatına görə, bu, Milli Məclisə təqdim edilən “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsi haqqında” qanun layihəsində əksini tapıb.

Layihədə qeyd olunur ki, 2021-ci ildə ölkədə ÜDM istehsalı 75,8 mlrd. manat təşkil edəcək ki, bunun 53,4 mlrd. manatı qeyri-neft ÜDM-i (3,1% artım), 22,4 mlrd. manatını isə (4% artım) neft sektorunun payına düşəcək.

Bu il üzrə gözləntilərə əsasən isə, ölkə iqtisadiyyatı 4% azalaraq ÜDM istehsalı 71,8 mlrd. manata enəcək. Bu məbləğin 50,5 mlrd. manatı qeyri-neft sektorunun (2,9% azalma), 21,3 mlrd. manatını isə (5,8% azalma) neft sektorunun payına düşəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR