Azərbaycanın bank sektorunun xalis mənfəəti 17%-dək azalıb

Azərbaycanın bank sektorunun xalis mənfəəti 17%-dək azalıb
# 25 noyabr 2020 14:08 (UTC +04:00)

Bu ilin yanvar-oktyabr ayları ərzində Azərbaycanın bank sektoru 478 mln. manat həcmində xalis mənfəət əldə edib.

Azərbaycan Mərkəzi Bankından (AMB) "APA-Economics"ə verilən məlumata görə, bank sektorunun xalis mənfəəti ötən ilin eyni dövrü ilə müqayisədə 16,6% azdır.

Banklar bu müddətdə 1 592,1 mln. manat həcmində faiz gəlirləri (1 261,5 mln. manat kreditlər üzrə faizlər), 538,6 mln. manat həcmində qeyri-faiz gəlirləri əldə edib.

Bu müddətdə bankların faiz xərcləri 408,2 mln. manat (258,3 mln. manat depozitlər üzrə faizlər), qeyri-faiz xərcləri isə 1 001,2 mln. manat təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR