Azərbaycanın cari əməliyyatlar hesabı bu il profisitə qayıdacaq - PROQNOZ

Azərbaycanın cari əməliyyatlar hesabı bu il profisitə qayıdacaq - PROQNOZ
# 31 mart 2021 12:44 (UTC +04:00)

Dünya Bankının yeni proqnozuna görə, bu ilin yekunlarına əsasən, Azərbaycanın tədiyə balansının cari əməliyyatlar hesabı profisitə qayıdaraq ÜDM-in 2,8%-ni təşkil edəcək.

"APA-Economics"in məlumatına görə, bu barədə Dünya Bankının region üzrə dərc olunmuş yeni hesabatında deyilir.

Hesabata görə, 2022-ci ildə sözügedən göstərici ÜDM-in 3,9%-nə yüksələcək, 2023-cü ildə isə ÜDM-in 3,1%-nə enəcək.

Qeyd edək ki, Azərbaycanın 2020-ci il üzrə cari əməliyyatlar hesabının kəsiri 227,6 mln. ABŞ dolları və ya ÜDM-in 0,5%-ni təşkil edib. Halbuki 2019-cu ildə 4,4 mlrd. dollar profisit qeydə alınmışdı.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR