Azərbaycanın dövlət büdcəsindən gələn il beynəlxalq münasibətlərə xərclənəcək məbləğ açıqlanıb

Azərbaycanın dövlət büdcəsindən gələn il beynəlxalq münasibətlərə xərclənəcək məbləğ açıqlanıb
# 21 dekabr 2020 12:21 (UTC +04:00)

Azərbaycanın 2021-ci ilin dövlət büdcəsinin layihəsində beynəlxalq münasibətlər xərcləri üçün 274,3 mln. manat vəsait proqnozlaşdırılıb.

Azərbaycan Maliyyə Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, bu barədə 2021-ci ilin büdcə layihəsində deyilir.

Qeyd olunur ki, bu xərclərin 18,5 mln. manatı beynəlxalq və regional təşkilatlarla əməkdaşlıq (üzvlük haqqı) xərclərinə (BMT-nin Katibliyi, İslam Əməkdaşlıq Təşkilatı və onun qurumları, MDB, Avropa Şurası və onun qurumları, Birləşmiş Nüvə Tədqiqatları İnstitutu və digər təşkilatlar), 7,5 mln. manatı beynəlxalq və regional maliyyə institutları ilə əməkdaşlıq üzrə xərclərinə, 135,3 mln. manatı Azərbaycan Respublikasının xaricdəki diplomatik nümayəndəliklərinin və konsulluqlarının saxlanması xərclərinə, 7 mln. manatı digər beynəlxalq fəaliyyətlə bağlı xərclərə, 10 mln. manatı Azərbaycan Respublikasının xaricdəki diplomatik nümayəndəliklərinin və konsulluqlarının fəaliyyəti ilə bağlı digər xərclərə, 96 mln. manatı beynəlxalq, ölkə səviyyəli və bu qəbildən olan digər tədbirlərin keçirilməsi ilə bağlı xərclərə yönəldiləcək.

Eyni zamanda 2021-ci ilin dövlət büdcəsinin layihəsində xarici yardımlar üzrə xərclərin maliyyələşdirilməsi üçün 36,8 mln. manat vəsait proqnozlaşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR