Azərbaycanın dövlət büdcəsindən su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə gələn il 406 mln. manata yaxın ayrılacaq

Azərbaycanın dövlət büdcəsindən su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə gələn il 406 mln. manata yaxın ayrılacaq
# 21 dekabr 2020 13:28 (UTC +04:00)

2021-ci ilin dövlət büdcəsində Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə 405,8 mln. manat vəsait yönəldiləcək.

APA-Economics”in məlumatına görə, bu, Milli Məclisə təqdim edilən “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsi haqqında” qanun layihəsində əksini tapıb.

Vəsaitlər ölkə ərazisində mövcud olan su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə, su təsərrüfatının idarə olunmasının təkmilləşdirilməsinə, su itkilərinin azaldılmasına, fermerlərin suvarma suyu ilə təchizatının yaxşılaşdırılmasına, torpaqların meliorativ vəziyyətinin yaxşılaşdırılmasına, kənd təsərrüfatının inkişafı ilə bağlı yeni torpaq sahələrinin əkin dövriyyəsinə daxil edilməsinə, suvarma sahələrinin genişləndirilməsinə, suvarma subartezian quyularının saxlanılmasına və digər meliorasiya tədbirlərinin maliyyə təminatı üçün nəzərdə tutulub

Qeyd olunur ki, 2021-ci ilin dövlət büdcəsinin kənd təsərrüfatı xərcləri bölməsindən maliyyələşən təşkilatların büdcədənkənar xərcləri 10,9 mln. manat təşkil edəcək ki, bu da 2020-ci illə müqayisədə 1,6 mln. manat və ya 17,3% çoxdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR