Azərbaycanın mobil rabitə sektorunun gəlirləri 5% azalıb

Azərbaycanın mobil rabitə sektorunun gəlirləri 5% azalıb
# 12 fevral 2021 16:02 (UTC +04:00)

Bu ilin yanvar aylarında Azərbaycanda mobil rabitə xidmətlərindən əldə olunan gəlirlərin həcmi 73,6 mln. manat təşkil edib.

Bu barədə "APA-Economics"ə Dövlət Statistika Komitəsindən bildirilib.

Hesabat dövründə ölkə üzrə mobil rabitə xidmətlərindən əldə olunan gəlirlərin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 5%-dək azalıb. Mobil rabitə sektorunun gəlirləri ümumi telekommunikasiya bazarının gəlirlərinin 41,4%-ni təşkil edib.

"Cari ilin ilk ayında informasiya və rabitə müəssisələri tərəfindən 177,8 mln. manatlıq xidmət göstərilib. Xidmətlərin 75,1%-i əhali tərəfindən istehlak olunub. Ötən ilin yanvar ayı ilə müqayisədə informasiya və rabitə xidmətlərin dəyəri cari ilin yanvarında real ifadədə 5,1% azalıb", - deyə komitədən bildirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR