Azərbaycanın neft ÜDM-i ötən il 7% azalıb

Azərbaycanın neft ÜDM-i ötən il 7% azalıb
# 18 yanvar 2021 16:54 (UTC +04:00)

2020-ci ildə Azərbaycanda 72 432,2 mln. manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 4,3% az ÜDM istehsal olunub.

"APA-Economics"in məlumatına görə, bu barədə Dövlət Statistika Komitəsinin açıqlamasında deyilir.

Qeyd olunub ki, iqtisadiyyatın qeyri-neft sektorunda əlavə dəyər 2,6%, neft-qaz sektorunda isə 7% azalıb.

"ÜDM istehsalının 33,7%-i sənaye, 11,5%-i ticarət; nəqliyyat vasitələrinin təmiri, 7,7%-i tikinti, 7,1%-i nəqliyyat və anbar təsərrüfatı, 6,9%-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2%-i informasiya və rabitə, 1,2%-i turistlərin yerləşdirilməsi və ictimai iaşə sahələrinin, 20,2%-i digər sahələrin payına düşüb, məhsula və idxala xalis vergilər ÜDM-in 9,7%-ni təşkil edib", - açıqlamada deyilir.

Əhalinin hər nəfərinə düşən ÜDM 7 262,8 manata (-5%) bərabər olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR