Azərbaycanın nəqliyyat sektorunda yükdaşımalar ötən il 2,2% artıb

Azərbaycanın nəqliyyat sektorunda yükdaşımalar ötən il 2,2% artıb
# 21 yanvar 2020 18:26 (UTC +04:00)

2019-cu ildə Azərbaycanda nəqliyyat sektorunda fəaliyyət göstərən təsərrüfat subyektləri tərəfindən 235,3 mln. ton yük daşınıb və 2018-ci ilin müvafiq dövrünə nisbətən 2,2% artım müşahidə olunub.

"APA-Economics"in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, yüklərin 2,5%-i dəniz, 6,5%-i dəmir yolu, 0,1%-i hava, 66%-i avtomobil nəqliyyatı, 24,9%-i isə boru kəməri ilə daşınıb.

Qeyri-dövlət sektoruna məxsus nəqliyyat vasitələri ilə daşınan yüklərin həcmi 2,5% artıb, daşınan yüklərin ümumi həcmində bu sektorun xüsusi çəkisi 82,5% təşkil edib. 2019-cu ildə nəqliyyatçılar 2056,5 milyon nəfərə və ya 2018-ci ilin eyni dövrü ilə müqayisədə 2,7% çox sərnişinə xidmət göstəriblər. Sərnişinlərin 88,2%-i avtomobil nəqliyyatı, 11,5%-i metro, qalan hissəsi isə digər nəqliyyat növləri ilə daşınıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR