Azərbaycanın tədiyyə balansının profisiti kəskin artıb

Azərbaycanın tədiyyə balansının profisiti kəskin artıb
  • Clock-gray 14:50
  • calendar-gray 31 Mart 2020

2019-cu ildə tədiyyə balansının ümumi profisiti (ölkənin ehtiyat aktivlərinin artımı) 5 142,9 mln. ABŞ dolları təşkil edib.

APA-Economics”in Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən verdiyi xəbərə görə, bu göstərici də 2018-ci ilə nisbətən 1 634,8 mln. dollar və ya 46,6% çoxdur.

Məlumata əsasən, 2019-cu il üzrə cari əməliyyatlar hesabının profisiti ötən ilə nəzərən 27,9% azalaraq 4,4 mlrd. dollar təşkil edib. Neft-qaz sektoru üzrə profisit ötən ilə nəzərən 10,7% (1,4 mlrd. dollar) azalaraq 11,5 mlrd. dollar, qeyri-neft sektoru üzrə cari əməliyyatlar balansının kəsiri isə 4,5% (308 mln. dollar) artaraq 7,1 mlrd. dollar məbləğində olub.

Nəticədə, cari əməliyyatlar hesabında neft-qaz sektorunun profisiti qeyri-neft sektorunun kəsirini tam örtüb. Cari əməliyyatlar balansının profisiti əsasən xarici ticarət balansının profisiti hesabına formalaşıb.

Nərmin Rəhimova

Digər xəbərlər