Azərbaycanın xarici ticarət dövriyyəsi 28%-ə yaxın azalıb

Azərbaycanın xarici ticarət dövriyyəsi 28%-ə yaxın azalıb
# 14 sentyabr 2020 16:01 (UTC +04:00)

Bu ilin yanvar-avqust aylarında Azərbaycanın xarici ticarət dövriyyəsinin həcmi 2019-cu ilin eyni ayları ilə müqayisədə 27,6% azalaraq 16 570,63 mln. ABŞ dolları təşkil edib.

Dövlət Gömrük Komitəsindən "APA-Economics"ə verilən məlumata görə, bu ilin səkkiz ayında Azərbaycan xarici ölkələrə 9 880,11 mln. dollar dəyərində məhsullar ixrac edib, idxalın həcmi isə 6 690,52 mln. dollar olub. Nəticədə, 3 189,59 mln. dollarlıq müsbət ticarət saldosu yaranıb.

Ötən ilin eyni ayları ilə müqayisədə 2020-ci ilin yanvar-avqust aylarında ixrac və idxal isə müvafiq olaraq 27% və 28,7% azalıb. Müsbət saldo illik ifadədə 22,9% azalıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR