Azərbaycanla AYİB arasında bağlanan svop müqaviləsinin birinci tranşının icrasına başlanılıb

Azərbaycanla AYİB arasında bağlanan svop müqaviləsinin birinci tranşının icrasına başlanılıb
# 16 iyul 2020 10:45 (UTC +04:00)

Azərbaycan Mərkəzi Bankı (AMB) və Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) arasında bağlanan 200 mln. ABŞ dolları həcmində svop müqaviləsinin 50 mln. dollar dəyərində olan birinci tranşın reallaşmasına başlanıb.

"APA-Economics"in məlumatına görə, bunu AMB-nin İdarə Heyətinin sədri Elman Rüstəmov Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2020-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasda çıxış edərkən deyib.

Onun sözlərinə görə, bu kreditlər real sektorda olan müəssisələrə yönəldilməyə artıq başlanılıb.

Qeyd edək ki, cari ilin may ayında AMB və AYİB Azərbaycanda COVID-19 koronavirus pandemiyası dövründə real sektorun maliyyə resurslarına çıxış imkanının artırılması məqsədilə 200 mln. dollar dəyərində svop müqaviləsi imzalayıb. AMB və AYİB arasında əldə edilmiş bu razılaşma pandemiyadan təsirlənmiş biznes subyektlərinin dəstəklənməsi ilə yanaşı, ölkədə törəmə maliyyə alətlərindən istifadənin genişləndirilməsini və alternativ maliyyələşmə aləti kimi istifadəsini də təşviq edəcəyi gözlənilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR