“Azərmarka” “Könüllülər ili”nə həsr olunmuş poçt markası hazırlayıb

“Azərmarka” “Könüllülər ili”nə həsr olunmuş poçt markası hazırlayıb
# 05 dekabr 2020 11:20 (UTC +04:00)

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Azərmarka” MMC tərəfindən “Regional İnkişaf” İctimai Birliyinin təşəbbüsü əsasında 2020-ci il - “Könüllülər ili” ilə əlaqədar hazırlanmış poçt markası artıq dövriyyəyə buraxılıb.

Nazirlikdən "APA-Economics"ə verilən məlumata görə, məqsəd Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamı ilə ölkədə elan edilmiş “Könüllülər ili”nə töhfə verməkdir.

Poçt markasının təsvirində aydın səma fonunda əl-ələ tutmuş 3 insan silueti simvolik olaraq insanlar arasındakı birliyi, həmrəyliyi, qarşılıqlı köməyi ifadə edir. İnsan fiqurları arasındakı boşluqlar isə qədim zamanlardan sülh quşu, qayğı, xoş məram simvolu sayılan göyərçin silueti əmələ gətirir.

Qeyd edək ki, poçt markası rəssam Vüqar Əyyubovun dizaynı əsasında hazırlanıb və 7 min tirajla çap olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR