BFB-də AMB-nin 200 mln. manatlıq notları yerləşdirilib

BFB-də AMB-nin 200 mln. manatlıq notları yerləşdirilib
# 30 dekabr 2020 13:13 (UTC +04:00)

Bakı Fond Birjasında (BFB) Azərbaycan Mərkəzi Bankının (AMB) 50101286S dövlət qeydiyyat nömrəli, 200 mln. manat həcmində, 28 gün tədavül müddətli qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.

BFB-dən "APA-Economics"ə verilən məlumata görə, AMB-də istiqrazların yerləşdirilməsi üzrə keçirilən hərrac zamanı 16 investor tərəfindən qiymət intervalı 99,5167 manat (6,24%) və 99,5543 manat (5,76%) 26 sifariş təqdim edilib. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 847 336 000 manat olub.

AMB-nin qərarına əsasən, notların kəsmə qiyməti 99,5543 manat (5,76%), orta ölçülmüş qiyməti 99,55843 manat (5,76%) müəyyən edilib. Hərrac nəticəsində notların yerləşdirilmiş həcmi 200 mln. manat təşkil edib.

Notların ödəmə tarixi 27 yanvar 2021-ci ildir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR