BMT: Azərbaycan iqtisadiyyatı bu il 2% artacaq, inflyasiya 3,2% təşkil edəcək

BMT: Azərbaycan iqtisadiyyatı bu il 2% artacaq, inflyasiya 3,2% təşkil edəcək
# 04 fevral 2021 10:40 (UTC +04:00)

Birləşmiş Millətlər Təşkilatının (BMT) yeni proqnozlarına əsasən, bu il Azərbaycanda ÜDM-in artım tempi 2% təşkil edəcək, illik inflyasiya isə 3,2%-ə qədər sürətlənəcək.

"APA-Economics" bu barədə BMT-nin "Dünya iqtisadiyyatının vəziyyəti və perspektivləri" adlı hesabatına istinadən məlumat verir.

Hesabatda bildirilir ki, 2022-ci ildə də ölkə iqtisadiyyatı 2% artacaq, inflyasiya 3,5% səviyyəsində olacaq.

Qeyd edək ki, hesabata görə, "OPEC+" sazişi çərçivəsində neft hasilatının azaldılması və COVID-19 pandemiyası Azərbaycan iqtisadiyyatının inkişafını əngəlləyən əsas amillər olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR