BMW-nin xalis mənfəəti 70% azalıb

BMW-nin xalis mənfəəti 70% azalıb
# 04 noyabr 2020 12:16 (UTC +04:00)

Bu ilin yanvar-sentyabr aylarında Almaniyanın BMW şirkətinin xalis mənfəəti illik ifadədə təxminən 70% azalaraq 2,11 mlrd. avro təşkil edib.

"APA-Economics" xəbər verir ki, bu barədə şirkətin maliyyə hesabatında deyilir.

Qeyd olunub ki, hesabat dövründə hər səhm üzrə seyrəltilmiş mənfəət bir il əvvəlki 5,37 avroya qarşı 3,2 avro olub, gəlir isə illik ifadədə 7,1% azalaraq 69 508 mlrd. avroya enib. Doqquz ay ərzində şirkətin avtomobil tədarükü 12,5% azalaraq 1,638 mln. ədəd təşkil edib ki, bunlardan 1,427 mln. nəqliyyat vasitəsi BMW-nin payına düşüb (azalma 11,3%).

Cari ilin yanvar-sentyabr aylarında BMW şirkətinə məxsus "Mini" avtomobillərinin tədarükü 20% azalaraq 208,1 min avtomobil, "Rolls-Royce" tədarükü isə 28,5% azalaraq 2 651 ədədə düşüb.

Bu ilin III rübünün sonunda BMW-nin xalis mənfəəti 17,4% artaraq 1,786 mlrd. avroya çatıb. Bir səhm üzrə seyrəltilmiş mənfəət 2019-cu ilin III rübündəki 2,31 avroya qarşı 2,71 avro təşkil edib. Ötən rüb şirkətin gəlirləri illik ifadədə 1,4% azalaraq 26,283 mlrd. avroya bərabər olub. Hesabat rübündə BMW avtomobil tədarükünü 8,6% artıraraq 675 592 ədədədək çatdırıb. BMW avtomobillərinin tədarükü 9,8% artaraq 585,2 minə, "Mini" avtomobillərinin tədarükü 1,9% artaraq 89,26 minə, "Rolls-Royce"un isə 9,5% azalaraq 1 091 ədədə çatıb. Eyni zamanda, tədarükün 1/3-ni təşkil edən Çində bu göstərici 31% artaraq 230,9 min avtomobil təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR