BƏT: Demək olar, maaşlar bütün dünyada azalıb

BƏT: Demək olar, maaşlar bütün dünyada azalıb
# 03 dekabr 2020 12:07 (UTC +04:00)

Koronavirus pandemiyası dünya ölkələrinin üçdə ikisində əməkhaqqıların azalmasına səbəb olub. Məvaciblər ya azalıb, ya da əvvəlkindən daha yavaş templə artıb.

"APA-Economics"in məlumatına görə, bu barədə Beynəlxalq Əmək Təşkilatının (BƏT) hesabatında deyilir.

Sənəddə qeyd olunur ki, böhran ən çox qadınların və az maaş alan işçilərin məvacibinə təsir edib.

"COVID-19 pandemiyası səbəbindən bərabərsizliyin artması bütün dünya üzrə yoxsulluğa gətirib çıxarma təhlükəsi yaradır. Vətəndaşların məşğulluğunu qorumaq üçün effektli tədbirlər görülən ölkələrdə böhran maaşların azalması ilə ifadə edilib. Kütləvi ixtisarlar olmayıb", - hesabatda deyilir.

Sənəddə həmçinin bildirilir ki, ölkə hökumətləri subsidiyalar ayırmasaydı, orta əməkhaqqı 6,5% azalacaqdı. Lakin dövlət tərəfindən verilən yardım bu məbləğin yalnız 40%-ni ödəyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR