BVF: Gürcüstan iqtisadiyyatı bu il 4% azalacaq

BVF: Gürcüstan iqtisadiyyatı bu il 4% azalacaq
# 06 may 2020 10:07 (UTC +04:00)

Beynəlxalq Valyuta Fondu (BVF) bu il Gürcüstan iqtisadiyyatının 4% azalacağını, 2021-ci ildə isə 4% artacağını proqnozlaşdırır.

"APA-Economics"in BVF-nin Gürcüstanın iqtisadi islahat proqramının altıncı icmalına istinadən verdiyi məlumata görə, Fond icmalın başa çatmasından sonra Gürcüstanın tədiyyə balansını sabitləşdirmək, maliyyə ehtiyaclarını ödəmək, o cümlədən səhiyyə xidmətləri və sosial müdafiəyə artan xərcləri qarşılamağa kömək etmək üçün ölkəyə təxminən 200 mln. ABŞ dolları həcmində yardım ayıracaq.

BVF qeyd edir ki, ötən illərin müsbət iqtisadi dinamikası fonunda pandemiyanın Gürcüstan iqtisadiyyatına əhəmiyyətli dərəcədə təsir göstərəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR