BVF bu il Gürcüstanda iflyasiyanın yavaşlayacağını proqnozlaşdırır

BVF bu il Gürcüstanda iflyasiyanın yavaşlayacağını proqnozlaşdırır
# 06 may 2020 14:59 (UTC +04:00)

Beynəlxalq Valyuta Fondu (BVF) bu il Gürcüstanda inflyasiyanın yavaşlayaraq 3,5% təşkil edəcəyini proqnozlaşdırır.

"APA-Economics"in BVF-nin Gürcüstanın iqtisadi islahat proqramının altıncı icmalına istinadən verdiyi məlumata görə, 2021-ci ildə ölkədə inflyasiyanın sürəti bir qədər də azalaraq 3% səviyyəsində olacağı gözlənilir.

Qeyd edək ki, ötən il Gürcüstanda istehlak məhsullarının və xidmətlərin qiymətləri 7% artıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR