BVF-nin Azərbaycanın qeyri-neft gəlirləri üzrə proqnozu özünü doğruldub

BVF-nin Azərbaycanın qeyri-neft gəlirləri üzrə proqnozu özünü doğruldub
# 18 fevral 2021 16:27 (UTC +04:00)

2020-ci ilin yekunlarına əsasən, Azərbaycanın dövlət büdcəsinin qeyri-neft gəlirlərinin qeyri-neft ÜDM-də payı 24,6% təşkil edib.

"APA-Economics"in məlumatına görə, sözügedən göstərici Beynəlxalq Valyuta Fondunun proqnozuna (24,8%) cüzi yayınma ilə uyğun olub. Bu göstəricinin tədricən artmasını gözləyən Fond dövlət büdcəsində qeyri-neft gəlirlərinin qeyri-neft ÜDM-də payının 2021-ci ildə 25,4% təşkil edəcəyini güman edir.

Qeyd edək ki, Azərbaycan Maliyyə Nazirliyinin məlumatına əsasən, 2020-ci ildə dövlət büdcəsinin gəlirləri 24,679 mlrd. manat, xərcləri isə 26,416 mlrd. manat təşkil edib. Dövlət büdcəsinin kəsiri isə 1,737 mlrd. manat və ya ÜDM-in 2,4%-nə bərabər olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR