BVF qlobal iqtisadiyyat üzrə proqnozunu endirib

BVF qlobal iqtisadiyyat üzrə proqnozunu endirib
  • Clock-gray 17:44
  • calendar-gray 24 İyun 2020

Beynəlxalq Valyuta Fondu (BVF) bu il qlobal ÜDM-in 4,9% azalacağını proqnozlaşdırır.

"APA-Economics"in məlumatına görə, bu barədə BVF-nin "World Economic Outlook" (WEO) hesabatının iyun buraxılışında deyilir.

Yeni proqnoz Fondun apreldəki mənfi gözləntidən 1,9 faiz bəndi azdır. BVF 2021-ci ildə qlobal iqtisadiyyatın bərpa olaraq 5,4% artacağını gözləyir. Bu, ötən proqnozdan 0,4 faiz bəndi azdır.

Mirsəid İbrahimzadə

Digər xəbərlər