Bakı sakinləri bu il ərzaq, içki və tütün məmulatlarına 5,7 mlrd. manat xərcləyib

Bakı sakinləri bu il ərzaq, içki və tütün məmulatlarına 5,7 mlrd. manat xərcləyib
# 25 avqust 2020 17:25 (UTC +04:00)

Bu ilin yanvar-iyul aylarında Bakının ticarət dövriyyəsinin həcmi 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 1,5% azalaraq 11 741,6 mln. manat olub.

Bakı Şəhər Statistika İdarəsindən "APA-Economics"ə verilən məlumata görə, ticarət şəbəkəsində satılmış ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2,5% artaraq 5 682,5 mln. manata, qeyri-ərzaq məhsullarının həcmi isə 4,5% azalaraq 6 059,1 mln. manata bərabər olub. İstehlak məhsullarının 30,6%-i hüquqi şəxs statuslu müəssisələrdə, 46,4%-i fərdi sahibkarlara məxsus ticarət obyektlərində, 23%-i isə paytaxtın məhsul bazarlarında satılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR