Baş Nazir: “Neftin qiymətinin düşməsinin mənfi təsirlərini azaltmaq üçün Azərbaycan müvafiq alətlərə malikdir”

Baş Nazir: “Neftin qiymətinin düşməsinin mənfi təsirlərini azaltmaq üçün Azərbaycan müvafiq alətlərə malikdir”
  • Clock-gray 11:49
  • calendar-gray 09 Aprel 2020

“Hökumət dünya iqtisadiyyatında gedən prosesləri yaxından izləyir və qabaqlayıcı tədbirlər görür”.

APA-nın məlumatına görə, bunu Baş Nazir Əli Əsədov Nazirlər kabinetinin 2019-cu il üzrə fəaliyyətinə dair təqdim etdiyi videohesabatda deyib.

Baş Nazir bildirib ki, neftin qiymətinin düşməsinin ölkə iqtisadiyyatına mənfi təsirlərini azaltmaq üçün Azərbaycan müvafiq alətlərə malikdir və bu alətlər çevik şəkildə həyata keçirilir: “Təsdiq olunmuş vahid tədbirlər planı hökumət tərəfindən vaxtında və tam icra olunacaq. Azərbaycan hökuməti tərəfindən görülən bütün tədbirlər xalqın sağlamlığını təmin etmək üçündür”.

Firuzə Vahid

Digər xəbərlər