Belarusun valyuta üzrə builki dövlət borcu 3,6 mlrd. dollar təşkil edib

Belarusun valyuta üzrə builki dövlət borcu 3,6 mlrd. dollar təşkil edib
# 25 avqust 2020 16:50 (UTC +04:00)

Belarus bu il valyutada dövlət borcu üzrə 3,6 mlrd. ABŞ dolları ödəməlidir ki, onun 2 mlrd. dolları artıq ödənilib.

"APA-Economics"in "Belta" agentliyinə istinadən verdiyi məlumata görə, bunu Belarusun Maliyyə naziri Yuri Seliverstov deyib.

O bildirib ki, Belarus bu il xarici valyuta borcu üçün təxminən 3,6 milyard dollar ödəməlidir, bunun da 2 milyard dolları artıq ödənilib: "Bu il xarici valyutada olan dövlət borcu ilə ödəmələr təxminən 3,6 mlrd. dollardır və bunun artıq 2 mlrd. dolları ödənilib. İlin əvvəlində biz borcun bir hissəsini yenidən maliyyələşdirdik. Buradakı Rusiya bankları da daxil olmaqla, bütün bu ödənişləri tam şəkildə edəcəyimizi düşünürük".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR