Böyük Britaniya iqtisadiyyatı yanvarda 2,9% azalıb

Böyük Britaniya iqtisadiyyatı yanvarda 2,9% azalıb
# 12 mart 2021 12:23 (UTC +04:00)

Bu ilin yanvar ayında Böyük Britaniyanın ÜDM-i dekabr ayı ilə müqayisədə 2,9% azalıb.

"APA-Economics"in Böyük Britaniya Milli Statistika İdarəsinə istinadən verdiyi məlumata görə, 2020-ci ilin yanvar ayı ilə müqayisədə ölkədə ÜDM istehsalı 9,2% azalıb. Son üç ayda müddətində isə iqtisadiyyat 1,7% geriləyib.

Qeyd edək ki, "Reuters" tərəfindən sorğu aparılan iqtisadçılar yanvarda Böyük Britaniya iqtisadiyyatının aylıq 4,9% azalacağını proqnozlaşdırırdılar.

Xatırladaq ki, İngiltərə Bankının ("Bank of England") proqnozlarına görə, Böyük Britaniya iqtisadiyyatı 2021-ci ilin I rübündə 4% azalacaq. Azalmanın səbəbləri kimi, yalnız COVID-19 pandemiyası deyil, həm də "Brexit" sonrası Avropa İttifaqı ilə ticarət əlaqələrinin pozulması göstərilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR