Britaniya iqtisadiyyatının artım templəri yenidən zəifləyib

Britaniya iqtisadiyyatının artım templəri yenidən zəifləyib
# 10 dekabr 2020 12:00 (UTC +04:00)

Bu ilin oktyabr ayında Böyük Britaniya iqtisadiyyatı aylıq müqayisədə cəmi 0,4% artıb. Sentyabrda ÜDM-in artım tempi 1,1% olub.

"APA-Economics"in Böyük Britaniyanın Milli Statistika İdarəsinə istinadən verdiyi məlumata görə, iqtisadiyyatda aktivliyin yenidən azalmasının səbəbləri kimi, COVID-19 pandemiyasının artan halları və xidmət sektorunda müşahidə edilən durğunluq göstərilir. Qeyd edək ki, Böyük Britaniyada indiyədək COVID-19-dan 62 566 insan ölüb. Bu, Avropada ən yüksək göstəricidir.

Statistikaya görə, illik müqayisədə oktyabr ayında ölkədə ÜDM 8,2% azalıb. Sentyabrda bu göstərici 8,4%-ə bərabər idi.

Qeyd edək ki, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) proqnozlarına əsasən, Böyük Britaniya iqtisadiyyatı 2022-ci ilin sonunadək COVID-19 pandemiyasından əvvəlki səviyyəyə qayıda bilməyəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR