Çin ötən il ixracını 2,6 trln. dollara çatdırıb

Çin ötən il ixracını 2,6 trln. dollara çatdırıb
# 14 yanvar 2021 10:32 (UTC +04:00)

2020-ci ildə pandemiya fonunda Çinin ixracı 2019-cu ilə nisbətən 3,6% artıb, idxal isə 1,1% azalıb.

APA-Economics” Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə Çinin Baş Gömrük İdarəsinin dərc etdiyi hesabatda bildirilir.

Qeyd olunur ki, ötən il Çinin xarici ticarətinin ümumi həcmi dollar ifadəsində 1,5% artaraq 4,65 trln. ABŞ dolları təşkil edib.

Hesabat dövründə ixracat 3,6% artaraq 2,59 trln. dollar olub, idxal isə 1,1% azalaraq 2,05 trln. dollar təşkil edib. Ölkənin xarici ticarət saldosu 535 mlrd. dollar olub.

Ayrıca, 2020-ci ilin dekabrında Çinin ixracatı 15% artım proqnozuna qarşı 18,1% artaraq 281,9 mlrd. dollara, idxal isə 6,5% artaraq 192,6 mlrd. dollara yüksəlib ki, bu da mütəxəssislərin 5% artım proqnozlarını xeyli üstələyib. Çinin xarici ticarət dövriyyəsi dekabr ayında 12,9% artaraq 485,6 mlrd. dollar təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR