Deputat: “Müharibədə bizi dəstəkləyən ölkələrin şirkətlərinin işğaldan azad edilən ərazilərdə işləməsinə imkan yaradılmalıdır”

Deputat: “Müharibədə bizi dəstəkləyən ölkələrin şirkətlərinin işğaldan azad edilən ərazilərdə işləməsinə imkan yaradılmalıdır”
  • Clock-gray 12:57
  • calendar-gray 24 Dekabr 2020

“İşğaldan azad edilən torpaqların bərpa edilməsi nəticəsində gücümüzə güc qatacaq. Qarabağ zəngin torpaqdır. O ərazilərin də iqtisadiyyata qoşulması ilə iqtisadi inkişafımız artacaq”.

APA-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Əli Məsimli deyib.

Deputat bildirib ki, işğaldan azad olunmuş ərazilərin bərpasına təkcə hökumətin 2,2 milyard manat vəsait ayırması ilə iş bitmir: “Həmin işlərin yüksək keyfiyyətdə həyata keçirilməli, özəl sektorun bu sahəyə cəlb olunmasına şərait yaradılmalıdır. Bizi bu müharibədə dəstəkləyən ölkələrin şirkətlərinə də burada işləməyə imkan tanınmalıdır”. 

Firuzə Vahid

Digər xəbərlər