Dünya Bankı: Avropa və Mərkəzi Asiyada ən ucuz pulköçürmə dəhlizi Rusiya ilə Azərbaycan arasındadır

Dünya Bankı: Avropa və Mərkəzi Asiyada ən ucuz pulköçürmə dəhlizi Rusiya ilə Azərbaycan arasındadır
  • Clock-gray 16:45
  • calendar-gray 30 Oktyabr 2020

Dünya Bankının (DB) yeni araşdırmasına əsasən, 2020-ci ilin III rübündə Avropa və Mərkəzi Asiya regionunda pul köçürmələri üzrə ən aşağı xərclər Rusiyadan Azərbaycana yönələn transferlər üzrə olub. Hər göndərilən 200 ABŞ dollarına xərclənən vəsait ortalama 1% təşkil edib.

"APA-Economics"in banka istinadən verdiyi məlumata görə, ümumilikdə, sözügedən regionda bu ilin III rübündə ortalama hər göndərilən 200 dollara xərclənən vəsait illik müqayisədə 0,1 faiz bəndi azalaraq 6,5%-ə enib. Rusiyanı çıxmaq şərti ilə isə orta göstərici 7%-dən 6,9%-ə düşüb. Rusiya dünyada pul köçürmələrinə ortalama ən az xərcləyən ölkə qalsa da, ölkədə sözügedən göstərici 1,54%-dən 1,94%-ə yüksəlib. Bunun əsas səbəbi kimi, Ermənistan və Tacikistana yönələn transfertlərinin qiymətinin artması göstərilir.

Qeyd edək ki, bu ilin III rübündə pul köçürmələri üçün ən bahalı dəhlizlər Türkiyə-Bolqarıstan, İsveçrə-Albaniya, Böyük Britaniya-Albaniya, ən ucuz isə Rusiya-Azərbaycan, Rusiya-Gürcüstan və Rusiya-Qırğızıstan dəhlizləri olub.

Mirsəid İbrahimzadə

Digər xəbərlər