Dünya Bankı Azərbaycanda inklüzivlik siyasətini uğurlu sayır

Dünya Bankı Azərbaycanda inklüzivlik siyasətini uğurlu sayır
# 11 mart 2021 12:01 (UTC +04:00)

Dünya Bankının hazırladığı "İqtisadi İnklüzivliyin Vəziyyəti" 2021-ci il hesabatına əsasən Azərbaycan həyata keçirdiyi inklüzivlik proqramları ilə digər ölkələrə nümunə rolu oynaya bilər.

"APA-Economics"in məlumatına görə, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin baş analitiki Günay Quliyevanın Dünya Bankının "İqtisadi İnklüzivliyin Vəziyyəti" ("The State of Economic Inclusion Report 2021: The Potential to Scale" barəsində şərhində deyilir. Hesabatda Azərbaycanda "Məcburi köçkünlərin iqtisadi inkişafına yardım layihəsi" təhlil edilib.

İlk dəfə təqdim olunan "İqtisadi İnklüzivliyin Vəziyyəti" 2021 hesabatı ifrat yoxsul və həssas əhali qrupları üçün nəzərdə tutulan iqtisadi inklüzivlik proqramlarının qlobal qiymətləndirilməsini aparıb. Hesabatın nəticələrinə əsasən təhlil olunan 219 iqtisadi inklüzivlik proqramlarının müəyyən dövr üçün (ortalama 3 il yarım) adambaşına yaratdığı dəyər 41 ilə 2 253 ABŞ dolları (2011-ci il alıcılıq qabiliyyəti pariteti üzrə) arasında dəyişir. Azərbaycan bu göstərici üzrə adambaşına 2 056 dollar dəyər yaratmaqla ən yuxarı sıralardadır.

İnklüzivlik proqramlarının xərclərinə gəldikdə insan resursları və işçi xərcləri daha çox nəzərə çarpan xərc amilləridir. Xərc göstəriciləri proqramın növündən də birbaşa asılıdır. Hesabata əsasən Azərbaycanda seçilmiş proqram əsasən iqtisadi fəaliyyətin inkişafına və özünü məşğulluğa yönəldiyi üçün əsas xərc komponenti ümumi xərcin 56 %ini təşkil etməklə aktiv transfertləri təşkil edir. Çatdırılma və işçi xərclərinin ümumi xərclərdə dəyəri üzrə Azərbaycan 14% ilə təhlil olunan proqramlar üzrə orta göstərici olan 13%-dən cüzi fərqlənir.

Hesabata əsasən inklüzivlik proqramlarında həssas əhali qrupunun iqtisadi inkişafını təmin etmək üçün aktiv transfertlər (adambaşına düşən orta illik istehlakın 67%-ni təşkil edən 1 469 dollar dəyərində) göstəricisinə görə Azərbaycan sıralanan ölkələr arasında liderdir. "Məcburi köçkünlərin iqtisadi inkişafına yardım layihəsi" çərçivəsində verilən qrantlar bankda hesab açıb hüquqi şəxs kimi aidiyyəti qurumlarda qeydiyyatdan keçib biznes fəaliyyətinə başlamağa imkan verir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR