Dünyada birbaşa xarici investisiyaların həcmi 50%-dək azalıb

Dünyada birbaşa xarici investisiyaların həcmi 50%-dək azalıb
  • Clock-gray 11:11
  • calendar-gray 27 Oktyabr 2020

Bu ilin yanvar-iyun aylarında dünyada birbaşa xarici investisiyaların həcmi koronavirusla bağlı məhdudlaşdırıcı tədbirlər səbəbindən 2019-cu ilin eyni dövrü ilə müqayisədə 49% azalıb.

"APA-Economics"in məlumatına görə, bu barədə BMT-nin Ticarət və İnkişaf Konfransının (UNCTAD) hesabatında deyilir.

"2020-ci ilin ilk yarısında qlobal xarici investisiyalar axını  COVID-19 pandemiyası səbəbindən ciddi təzyiq altında qaldı. 2019-cu illə müqayisədə onların həcmi 49% azalaraq 399 mlrd. ABŞ dolları təşkil edib", - hesabatda qeyd olunub.

Azalma birbaşa xarici investisiyaların bütün əsas formalarına toxunub. Belə ki, yeni elan edilmiş investisiya layihələrinin sayı 37%, trans-sərhəd birləşmə və satınalmaların sayı 15%, infrastruktur investisiyalarının vacib mənbəyi olan sərhədyanı layihələrin maliyyələşdirilməsi üzrə elan edilən əməliyyatların sayı isə 25% azalıb.

Ən böyük azalma inkişaf etmiş ölkələrdə müşahidə olunub. Belə ki, bu ölkələrə birbaşa xarici investisiyaların həcmi 2020-ci ilin birinci yarısında 75% azalaraq 98 mlrd. dollar təşkil edib.

İnkişaf etməkdə olan ölkələrə birbaşa xarici investisiyaların axını 16% azalıb. Bundan əlavə, Afrikaya xarici investisiyaların axını 28%, Latın Amerikası və Karib dənizinə 25%, ​​Asiyaya isə 12% azalıb.

Hesabatda 2020-ci ildə dünyada birbaşa xarici investisiyaların həcminin əvvəl proqnozlaşdırıldığı kimi 30-40% azalacağı bildirilir.

APA-Economics

Digər xəbərlər