"Fitch": MDB və Qara dəniz regionunun maliyyələşmə ehtiyacları bu il 152 mlrd. dollara çatacaq - PROQNOZ

"Fitch": MDB və Qara dəniz regionunun maliyyələşmə ehtiyacları bu il 152 mlrd. dollara çatacaq - PROQNOZ
  • Clock-gray 10:20
  • calendar-gray 23 İyul 2020

"Fitch Ratings" beynəlxalq reytinq agentliyinin proqnozlarına görə, 2020-ci ildə MDB və Qara dəniz regionunun maliyyələşmə ehtiyacları 152 mlrd. ABŞ dollarına çatacaq və bu, proqnozlaşdırılan ÜDM-in 7,4%-nə bərabər olacaq.

"APA-Economics" xəbər verir ki, bu barədə agentliyin MDB və Qara Dəniz regionu ölkələri üzrə hesabatında deyilir.

Hesabatda qeyd olunub ki, belə bir şəraitdə pul-kredit siyasətinin etibarlılığını və ardıcıllığını təmin etmək xarici şoklara qarşı davamlılığı, xarici və daxili maliyyələşdirməni adekvat səviyyədə saxlamaqda vacib faktor olacaq.

"Fitch"in gözləntilərinə əsasən, bu il regionda dövlət borcunun orta göstəricisinin ÜDM-ə nisbəti 8,1 faiz bəndi artaraq 41%-ə çatacaq. Bundan əlavə, Qazaxıstan və Rusiya istisna olmaqla, regionun digər ölkələrinin xarici valyutada olan borclarının artacağı proqnozlaşdırılır.

Mirsəid İbrahimzadə

Digər xəbərlər