Fransanın dövlət borcu 2,6 trln. avroya çatıb

Fransanın dövlət borcu 2,6 trln. avroya çatıb
  • Clock-gray 12:58
  • calendar-gray 25 Sentyabr 2020

Avropanın ikinci ən böyük iqtisadiyyatı sayılan Fransanın dövlət borcu cari ilin II rübündə 200 mlrd. avro artaraq 2,6 trln. avroya və ya ÜDM-in 114,1%-nə çatıb.

"APA-Economics" xəbər verir ki, bu barədə Fransanın Milli Statistika və İqtisadi Tədqiqatlar İnstitutunun ("Insee") məlumatında deyilir.

"Bu, əvvəlki rübdən 12,7 faiz bəndi çoxdur və 1995-ci ilin IV rübündən etibarən aparılan statistika ərzində ən yüksək rüblük artımdır", - məlumatda qeyd olunub.

Bu göstərici üzrə artım ardıcıl olaraq iki rüb qeydə alınır – 2019-cu ilin sonunda Fransanın dövlət borcu ÜDM-in 98,1%-i səviyyəsində idi.

Rüb ərzində mərkəzi və yerli hakimiyyət orqanlarının, həmçinin sosial sığorta fondlarının borclarının artması qeyd olunur. Borcun artmasına vergi ödənişlərinin təxirə salınması və vergi gəlirlərinin azalması səbəb olub ki, bu da iqtisadi fəaliyyətin aşağı düşməsi ilə əlaqədardır.

Avqust ayında "Insee" Fransada 2020-ci ilin II rübündə ÜDM istehsalının əvvəlki rüblə müqayisədə 13,8% azalmasını bildirib. Bu, sözügedən göstəricinin izlənilməsi tarixində rekord bir azalmadır.

APA-Economics

Digər xəbərlər