Gələn il üçün Azərbaycanın müdafiə və milli təhlükəsizlik xərclərinin 4,6 milyard manat olması nəzərdə tutulur

Gələn il üçün Azərbaycanın müdafiə və milli təhlükəsizlik xərclərinin 4,6 milyard manat olması nəzərdə tutulur
# 21 dekabr 2020 12:31 (UTC +04:00)

Gələn il üçün dövlət büdcəsində müdafiə və milli təhlükəsizlik xərclərinin 4 milyard 585 milyon 806 min 638 manat olması nəzərdə tutulur.

APA-nın məlumatına görə, bu, “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsi haqqında” qanun layihəsində əksini tapıb.

Layihəyə əsasən, müdafiə qüvvələri üçün 1 milyard 934 milyon 288 min 659 manat, milli təhlükəsizlik üçün 260 milyon 612 min 183 manat, sərhəd xidməti üçün 281 milyon 620 min 334 manat, müdafiə və milli təhlükəsizlik sahəsində tətbiqi tədqiqatlar üçün 3 milyon 901 min 203 manat, müdafiə və milli təhlükəsizlik sahəsinə aid edilən digər fəaliyyətlər üçün 2 milyard 105 milyon 384 min 259 manat ayrılacaq.

Qeyd edək ki, 2021-ci ildə müdafiə və milli təhlükəsizlik xərcləri 2020-ci ilə nisbətən 781,6 milyon manat və ya 20,5 faiz artırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR