Gələn il üçün dövlət borcu, dövlət borcuna xidmət edilməsi ilə bağlı xərclər və dövlət borclanmalarının yuxarı həddi məlum olub

Gələn il üçün dövlət borcu, dövlət borcuna xidmət edilməsi ilə bağlı xərclər və dövlət borclanmalarının yuxarı həddi məlum olub
  • Clock-gray 12:28
  • calendar-gray 21 Dekabr 2020

2021-ci ilin dövlət büdcəsində dövlət borcu, dövlət borcuna xidmət edilməsi ilə bağlı xərclər və dövlət borclanmalarının yuxarı hədləri (limitləri) məlum olub.

APA-nın məlumatına görə, bu, Milli Məclisə təqdim edilən  “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsi haqqında” qanun layihəsində əksini tapıb.

2021-ci il dövlət büdcəsində dövlət borclarına xidmətlə bağlı xərclər (əsas borc və faizlər üzrə xərclər) üçün 2198,8 milyon manat məbləğində vəsait nəzərdə tutulur. Həmin xərclərin 2031,7 milyon manatını xarici dövlət borcuna xidmət xərcləri, 167,1 milyon manatını isə daxili dövlət borcuna xidmət xərcləri təşkil edir.

Xarici dövlət borcuna xidmət xərclərinin 1753,0 milyon manat məbləğində hissəsinin birbaşa cəlb edilmiş kreditlər üzrə xərclərə, 278,7 milyon manat məbləğində hissəsi isə Azərbaycan Respublikası Hökumətinin müvafiq qərarları əsasında bir sıra dövlət müəssisələri tərəfindən dövlət zəmanəti ilə cəlb olunmuş öhdəliklərə xidmət xərclərinə istifadə olunması nəzərdə tutulur. Birbaşa xarici dövlət borcuna xidmət xərcləri hesabına 1322,5 milyon manat məbləğində əsas, 430,5 milyon manat məbləğində faiz ödənişləri, daxili dövlət borcu üzrə isə 6,9 milyon manat məbləğində əsas, 160,2 milyon manat məbləğində faiz ödənişləri təmin ediləcək.

Cari il ilə müqayisədə 2021-ci ildə borca xidmət xərclərinin artmasının əsas səbəbləri aşağıdakılardır:

1. əvvəlki illərdə imzalanmış bir sıra kredit müqavilələri üzrə əsas borcun qaytarılmasına 2021-ci ildən etibarən başlanılması;

2. Azərbaycan Respublikası Hökumətinin müvafiq qərarları əsasında bir sıra dövlət müəssisələri tərəfindən dövlət zəmanəti ilə cəlb olunmuş və dövlət büdcəsinin vəsaitləri hesabına xidmət olunan öhdəliklər üzrə ödənişlərin 2020-ci ildə (426,7 milyon manat) “Dövlət borcu və zəmanəti üzrə öhdəliklərin Təminat Fondu”nun vəsaiti hesabına təmin edilməsi üzrə müvafiq qərar qəbul edilmişdir. Məhz bu səbəbdən 2020-ci il dövlət büdcəsində dövlət borcuna xidmət xərcləri bir qədər az olmuşdur.

Azərbaycan Respublikasının 2021-ci il üzrə daxili dövlət borclanmasının yuxarı həddinin (limitin) 1300,0 milyon manat, xarici dövlət borclanmasının yuxarı həddinin (limitin) 1200,0 milyon manat və il ərzində veriləcək dövlət zəmanətlərinin məbləğinin yuxarı həddinin (limitin) 1000,0 milyon manat məbləğində olması təklif edilir.

Firuzə Vahid

Digər xəbərlər