Gürcüstan iqtisadiyyatına birbaşa xarici investisiya qoyuluşu kəskin azalıb

Gürcüstan iqtisadiyyatına birbaşa xarici investisiya qoyuluşu kəskin azalıb
# 11 mart 2021 11:21 (UTC +04:00)

2020-ci ildə Gürcüstan iqtisadiyyatına qoyulan birbaşa xarici investisiyaların həcmi illik müqayisədə 52,9% azalaraq 616,9 mln. ABŞ dolları təşkil edib.

APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan Milli Statistika İdarəsinin ilkin hesablamalara əsasən təqdim etdiyi hesabatında bildirilib.

Qeyd olunub ki, hesabat dövründə ölkənin ən böyük birbaşa xarici investoru Böyük Britaniya olub – 307,8 mln. dollar. Böyük Britaniyadan Gürcüstana birbaşa xarici investisiya qoyuluşunun həcmi ümumi göstəricinin 49,9%-ni təşkil edib. İkinci və üçüncü yerlərdə isə müvafiq olaraq Niderland (172,1 mln. dollar) və Türkiyə (108,1 mln. dollar) qərarlaşıb.

2020-ci ildə Gürcüstanda ən çox birbaşa xarici sərmayə maliyyə (400,4 mln. dollar), mədənçilik (101,5 mln. dollar) və daşınmaz əmlak (71,8 mln. dollar) sektorlarına cəlb edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR