Gürcüstandan Azərbaycana avtomobil ixracı yanvar-sentyabrda 178 mln. dollardan çox olub

Gürcüstandan Azərbaycana avtomobil ixracı yanvar-sentyabrda 178 mln. dollardan çox olub
# 21 oktyabr 2020 11:16 (UTC +04:00)

Bu ilin yanvar-sentyabr ayları ərzində Gürcüstan 560 215,7 min ABŞ dolları dəyərində avtomobil ixrac (təkrar ixrac) edib.

APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan Milli Statistika İdarəsinin (GEOSTAT) hesabatında bildirilib.

Qeyd olunub ki, bu göstərici əvvəlki ilin analoji dövrü ilə müqayisədə 31,5% azdır.

Hesabat dövründə Gürcüstandan Azərbaycana 178 202,8 min dollar dəyərində avtomobil ixrac edilib ki, bu da illik müqayisədə 7 669,7 min dollar və ya 4,5% çoxdur. Belə ki, ötən ilin ilk 9 ayı ərzində Gürcüstan Azərbaycana 170 533,1 min dollar dəyərində avtomobil ixrac edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR