Gürcüstanın Azərbaycanla ticarət dövriyyəsinin mənfi saldosu 3.7% artıb

Gürcüstanın Azərbaycanla ticarət dövriyyəsinin mənfi saldosu 3.7% artıb
# 20 yanvar 2021 11:21 (UTC +04:00)

“2020-ci ildə Gürcüstanın Azərbaycanla xarici ticarət dövriyyəsinin həcmi 934 472.6 min ABŞ dolları təşkil edib ki, bu da əvvəlki illə müqayisədə 132 953.8 min dollar və ya 12.4% azdır”.

APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan Milli Statistika İdarəsinin ilkin hesablamalara əsasən təqdim etdiyi hesabatında bildirilib.

Gürcüstanın ümumi ticarət dövriyyəsinin 8,2%-i Azərbaycanın payına düşüb.

Hesabat dövründə Gürcüstan Azərbaycandan 493 183.2 min dollarlıq mal və məhsullar idxal edib ki, bu göstərici 2019-cu ilin eyni dövrü ilə müqayisədə 11,7% azalıb.

Gürcüstanın Azərbaycana ixracı isə 441 289.4 min dollar təşkil edib. Bu, əvvəlki ilin eyni dövrü ilə müqayisədə 13.2% azdır.

Nəticədə, ötən il Gürcüstanın Azərbaycanla ticarət dövriyyəsində 51 893.8 min dollarlıq mənfi saldo yaranıb ki, bu da illik ifadədə 3.7% çoxdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR